“Kiçik və ərköyün “Qarabağ”a sevinmək olar” - “Slovan”ın çalışdırıcısı

kicik-ve-erkoyun-qarabaga-sevinmek-olar
Oxunma sayı: 2289

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olan Çexiyanın “Slovan” (Libereç) klubunun baş məşqçisi Yindrix Trpisovski açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o, rəqibləri dəyərləndirib:

“Biz a qrupunda olsaydıq, çox üzülərdik. Amma “Vilyareal” və “Styaua” ilə də qarşılaşa bilərdik. Heç də çətin olmazdı. “Fiorentina” və PAOK-un bizə düşməsindən narazıyıq. Lotoreya üzümüzə gülmədi. Bu komandalar həddən artıq güclüdürlər. Təkcə, kiçik və ərköyün “Qarabağ”a sevinmək olar. “Viktoriya”ya uduzmaqları onların gücsüz olmasından xəbər vermir. “Qarabağ” məşhur olmasa da, gizli komandadır”.