Kamran Ağayevə ağır cəza

kamran-agayeve-agir-ceza
Oxunma sayı: 4207

Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsi "Boavişta"da forma geyinən millimizin üzvü Kamran Ağayevi cəzalandırıb.

Qafqazinfo” xəbər verir ki, Ağayev 3 oyunluq diskvalifikasiya edilib. 

Buna təcrübəli qolkiperin ölkə çempionatının XVII turunda "Benfika" ilə matçda (3:3) etdiyi hərəkətlər səbəb olub.

Kamranın cəzası bununla da bitməyib. İntizam Komitəsi Ağayevi 1,530 avro məbləğində cərimələyib.

Qeyd edək ki, Kamran sözügedən oyunun 75-ci dəqiqəsində sarı vərəqə almışdı. Oyundan sonra rəqib futbolçularla dalaşan əlcək sahibi ikinci sarı vərəqə ilə cəzalandırılmışdı.