İranda Azərbaycan bayrağına hörmətsizlik - Fotolar

iranda-azerbaycan-bayragina-hormetsizlik
Oxunma sayı: 4911

Xəbər verdiyimiz kimi, İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.

"Qafqazinfo"nun məlumatına görə, təşkilatçılar Azərbaycan bayrağına hörmətsizlik edib. Belə ki, Rusiya yığması ilə görüş zamanı Azərbaycan milli komandasını arenaya başqa bayraqla çıxarıblar.

Azərbaycan Güləş Federasiyasının rəsmiləri və yığmanın baş məşqçisi Firdovsi Umudovun etirazından sonra təşkilatçılar söz veriblər ki, bayrağı dəyişəcəklər. Daha sonra hoteldən Azərbaycan bayrağı gətirilib.