İlham Zəkiyev Avropa çempionu oldu - 6-cı dəfə

ilham-zekiyev-avropa-cempionu-oldu-
Oxunma sayı: 2244

Bu gün Portuqaliyanın Odivellas şəhərində keçirilən 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran açıq Avropa çempionatına start verilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə idmançıları 60 kq çəki dərəcəsində Ramin İbrahimov, 66 kq çəki dərəcəsində Bayram Mustafayev, 100 kq çəki dərəcəsində Kənan Abdullaxanlı və 100+ çəki dərəcəsində İlham Zəkiyev yarışın ilk günündə mübarizəyə qatılıblar.

İlk yarış günü idmançılarımız üçün uğurlu başa çatıb. Bayram Mustafayevlə İlham Zəkiyev turnirin qızıl medalını qazanıb. Ramin İbrahimov gümüş medal qazanıb. Kənan Abdullaxanlı isə bürünc medalla kifayətlənməli olub.

Qeyd edək ki, Mustafayev Rio-2016-ya daha öncə lisenziya qazanmışdı. Zəkiyev, İbrahimov və Abdullaxanlı isə bu gün lisenziyanı özləri üçün təmin ediblər.