“İlham Əliyevlə görüşməyə hazıram” - Ermənistan prezidenti

ilham-eliyevle-gorusmeye-haziram
Oxunma sayı: 2538

Ermənistan prezidenti Serj Sarkisyan azərbaycanlı həmkarı İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib.

Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısı “Ria Novosti”yə müsahibəsində deyib:

“Biz heç vaxt hər hansısa görüşdən imtina etməmişik. Bu istər prezident, istərsə də xarici işlər nazirləri səviyyəsində olsun. Lakin biz həmişə görüşün faydalı olması, hər hansı irəliləyişlə müşayiət olunmasından yanayıq. Əgər biz görüşürüksə və heç bir irəliləyiş yoxdursa, daha sonra razılığa əməl olunmursa, bu görüşün nə faydası var?”.

Sarkisyan Dağlıq Qarabağ probleminin ancaq güzəştlər yolu ilə nizama salına bilinəcəyini qeyd edib.