“İlan yatırdı, tapdalayanda vurdu məni” - 14 yaşlı oğlan+Video

ilan-yatirdi-tapdalayanda-vurdu-meni
Oxunma sayı: 4266

Şəki rayonunun Baqqal kəndində Rəşid İmamhüseynov ailəsi ilə birlikdə fındıq bağında fındıq yığan zaman ilan qəfildən onun sol ayağının topuq nayihəsindən sancıb.

Qafqazinfo” Kanal S-ə istinadən xəbər verir ki, babası Rəşidə ilk yardım göstərdikdən sonra o, Qax rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Zərərçəkənin sözlərinə görə, bu hadisə anidən baş verib: “İlan yatırdı. Mən də düşəndə tapdaladım onu. Vurdu məni”.

Xəstəxanada Rəşid İmamhüseynova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.

Vəziyyətinin orta-stabil olduğu bildirilir.