İki şəhidimiz Şəkidə dəfn olundu

iki-sehidimiz-sekide-defn-olundu
Oxunma sayı: 3998

Azərbaycan Ordusunun şəhid olmuş giziri dəfn olunub.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, düşmənin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun giziri, 1992-ci il təvəllüdlü Orxan Kazım oğlu Hümbətov doğulduğu Şəki rayonunun Kiş kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Ordusunun düşmənin təxribatının qarşısını alarkən həlak olan daha bir əsgəri, 1993-cü il təvəllüdlü Vüqar Natiq oğlu Süleymanov doğulduğu Şəki rayonunun Böyük Dəhnə kəndində torpağa tapşırılıb.

Dövlət himni səsləndirildikdən və yaylım atəşi açılandan sonra şəhid torpağa tapşırılıb.