İki maşın toqquşdu - 2 yaralı

iki-masin-toqqusdu-
Oxunma sayı: 1481

Bu gün günorta saatlarında Saatlının Qaracalar kəndi ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə 24 yaşlı Füzuli rayon sakini Həsən Oruc oğlu Orucovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilinin İmişlinin Çaxırlı kənd sakini, 32 yaşlı Ramin Şükür oğlu Abbasovun idarə etdiyi “Mercedes”lə toqquşması nəticəsində qeydə alınıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan hər iki sürücü Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra onlar Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.