İcra nümayəndəliyi qarət edildi - Oğuzda

icra-numayendeliyi-qaret-edildi-
Oxunma sayı: 1366

Oğuz rayonunun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından oğurluq olub.

Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından noutbuk, mikrofon və kamera oğurlamaqda, habelə Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov tutulublar.