İcra Hakimiyyətində 5 illik qeyd olundu

icra-hakimiyyetinde-5-illik-qeyd-olundu
Oxunma sayı: 2496

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Qafqazinfo”nun məlumatına görə, tədbirə rayon rəhbərliyi, Milli Məclisin deputatı Adil Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Nərimanov rayon idarəsinin əməkdaşları, müharibə veteranları və gənclər qatılıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü, eyni zamanda prezidentin Sərəncamı ilə Xidmətin Nərimanov rayon İdarəsinin rəisi Qəşəm Mahmudovu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi münasibəti ilə təbrik edib.

Q. Mahmudov Xidmətin rayonda gənclərin həqiqi hərbi xidmətə hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib.

Sonda xidmətdə fərqlənən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin əməkdaşlarına, həmçinin rayonun ictimai-mədəni həyatında xidmətləri olan şəxslərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Eyni zamanda, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xidmətin Nərimanov rayon İdarəsinin fəxri fərmanına layiq görülüb.