Həkim evində ölü tapıldı - Yenilənib

hekim-evinde-olu-tapildi
Oxunma sayı: 3270

Gəncə şəhərinin Nizami rayonunda mənzildə kişi cəsədi aşkarlanıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan xilasedicilər, 1952-ci il təvəllüdlü Abdullayev Ələsgər Həsən oğlunun cəsədini mənzilin qapısını açaraq cəsədi aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:35-də başa çatıb.

***

Oxu.az əlavə edib ki, Ə. Abdullayev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında uroloq işləyib.