Günel Mövludun qardaşları azadlığa çıxdı

gunel-movludun-qardaslari-azadliga-cixdi
Oxunma sayı: 3025

Meydan TV-nin redaktoru Günel Mövludun qardaşları bu gün azadlığa buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə yazar sosial şəbəkədə status yazıb. O, qardaşlarının artıq azadlıqda olduğunu bildirib.

Qeyd edək ki, Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar ötən ilin oktyabr ayında həbs olunmuşdu. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: “Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb".