Gülənlə bağlı 3 səfir həbs edildi

gulenle-bagli-3-sefir-hebs-edildi
Oxunma sayı: 1886

Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fəthullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən üç sabiq səfir həbs edilib.

Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Gülən hərəkatına qarşı mübarizə çərçivəsində Türkiyənin Kanadadakı keçmiş səfiri Tuncay Babalı, UNESCO-dakı keçmiş nümayəndəsi Qurcan Balık və Kosta-Rikadakı keçmiş səfiri Əli Fındık həbs olunublar.