Güclü zəlzələ oyuna mane oldu - Video

guclu-zelzele-oyuna-mane-oldu
Oxunma sayı: 2584

İtaliyanın paytaxtı Roma yaxınlığında 5,5 bal gücündə zəlzələ qeyd alınıb. “Qafqazinfo” xəbər verir ki, bu, A seriyası çərçivəsində keçirilən "Peskara" - "Atalanta" (0:1) matçında da hiss olunub.

İstər meydanda, istərsə də tribunada həyəcanlı anlar yaşanıb. Bu səbəbdən qarşılaşma 2 dəqiqə dayandırılıb. Daha sonra isə oyun davam etdirilib.

Qeyd edək ki, avqust ayında İtaliyada baş verən zəlzələ nəticəsində 300 nəfər dünyasını dəyişmişdi.