Güclü külək, yağış yağacaq... - Sabahın havası

guclu-kulek-yagis-yagacaq
Oxunma sayı: 2389

Bakıda və Abşeron yarımadasında fevralın 7-də hava şəraitinin buludlu olacağı, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 6-10, dağlarda gecə və gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.