Güclü külək qəbir daşlarını aşırdı

guclu-kulek-qebir-daslarini-asirdi-
Oxunma sayı: 2046

Tovuzda əsən güclü külək bir neçə qəbir daşını aşırıb.

"Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Ağdam kəndində yerləşən qəbiristanlıqda baş verib.

Yerli sakinlərin sözlərinə görə, güclü külək gecə saatlarında əsməyə başlayıb.

Səhər saatlarında məzarlığa gələnlər 10-a yaxın başdaşının aşdığını görüblər.

Qəbiristanlıqda əsasən Yuxarı Öysüzlu və Ağdam kənd sakinləri dəfn edilir.