Goranboyda dəhşətli qəza - 4 ölü, 4 yaralı + Fotolar

goranboyda-dehsetli-qeza
Oxunma sayı: 4791

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo"nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Borsunlu kəndi ilə Goranboy şəhərini birləşdirən yolda qeydə alınıb. İki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ölənlər rayonun Veyisli kənd orta məktəbinin direktoru Ələsgər Ələsgərov, direktor müavini Nofəl İsmayılov, rayon sakinləri Səday İsmayılov və Yaşar Rzayevdir.

Xəsarət alanların isə rayonun Qaraçinar kənd sakini, 1981-ci il təvəllüdlü Xəqani Rzayev, Qızıl Hacılı kənd sakini, 1982-ci il təvəllüdlü Elman Həsənov, Yenikənd kənd sakini, 1990-cı il təvəllüdlü Nəriman Rzayev və Veyisli kənd sakini, 1977-ci il təvəllüdlü Bəxtiyar Əhmədov olduğu bildirilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.