Generalın oğlu səfirliyə göndərildi

generalin-oglu-sefirliye-gonderildi
Oxunma sayı: 1233

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi mənbələrdən milaz.info portalına özəl olaraq məlumat verilib.

Xatırladaq ki, Vüqar Mehdiyev Silahlı Qüvvələr Akademiyasının attaşelik kurslarını başa vurub. Məlumatda qeyd olunur ki, V.Mehdiyevin maliyyə ixtisasi üzrə ali təhsili var.

Əldə olunan məlumatlara görə, V.Mehdiyev iki il öncə Müdafiə Nazirliyi Təlim-Tədris Mərkəzinə çağırılaraq 3 ay kurs keçib və sonda leytenant rütbəsi alıb. Sonra V.Mehdiyev Bakıdakı N saylı hərbi hissədə maliyyə rəisinin köməkçisi vəzifəsinə təyin olunub.

Ötən ilin sentyabrında V.Mehdiyev SQ Akademiyasının attaşelik kurslarına təhsil almaq üçün göndərilib. Verilən məlumata görə, müdafiə naziri Səfər Əbiyevin göstərişinə əsasən onu həmin kurslara qəbul ediblər. Bu kursu bitirənlər Azərbaycanın ayrı-ayrı ölkələrdə hərbi attaşesi təyin olunmaq hüququ əldə edir.