Futbolçu meydanda mükafat istədi - Rəhbərlik 100 dollar çıxardı

futbolcu-meydanda-mukafat-istedi-
Oxunma sayı: 2421

Bu gün birinci divizionda “Bakılı” “Mil-Muğan”ı 3:2 hesabı ilə məğlub edib.

Qafqazinfo” xəbər verir ki, Qələbə qolunu 90+3-cü dəqiqədə vuran Vurğun Həsənzadə “Bakılı”nın prezidenti Misir Əbilova tərəf qaçaraq “premiyamızı verin!”, - deyə müraciət edib. Klub rəhbərlərindən biri futbolçunun istəyini dərhal yerinə yetirməyə çalışıb və cibindən 100 dollar çıxararaq əlini meydana tərəf uzadıb.

Maraqlıdır ki, qol vuran futbolçu da pulu almaq üçün həmin istiqamətdə qaçmağa başlayıb. Yalnız dördüncü hakimin müdaxiləsindən sonra futbolçunu saxlamaq mümkün olub.