Fransanın rəzalətinə bir addım qaldı – Əsəblər gərilib

fransanin-rezaletine-bir-addim-qaldi-esebler-gerilib
Oxunma sayı: 681

Fransa parlamenti qondarma erməni soyqırımı ilə bağlı müzakirələri yekunlaşdırıb. “Qafqazinfo” Türkiyə saytlarına istinadən xəbər verir ki, hazırda erməni soyqırımını tanmayanların cəzalandırılması haqqında qanunla bağlı səsvermə başlayıb. Qeyd edək ki, Fransa parlamentində 577 millət vəkili var. Müzakirələrdə isə 41 deputat iştirak edir. Yaxın saatlarda səsvermənin nəticələri elan olunacaq.

İclasda çıxış edən Fransa-Türkiyə parlament dostluq qrupunun sədri Michel Diefenbacher, “millət vəkillərinin rolunun tarix yazmaq olmadığını” deyərək, layihənin əleyhinə səs verəcəyini söyləyib.

İqtidardakı Xalq Hərəkatı Birliyinin “UMP) üzvü fransız millət vəkili layihənin Fransa konstitusiyasna zidd olduğunu bildirib.

Hazırda Fransa parlametinin qarşısında minlərlə türk etiraz aksiyası keçirir.