Fransanın axtardığı Azərbaycan vətəndaşı Tiflisdə yaxalandı

fransanin-axtardigi-azerbaycan-vetendasi-tiflisde-yaxalandi
Oxunma sayı: 1717

İnterpolun Tiflis bürosu və Gürcüstan DİN-in patrul polisi Departamenti İnterpolun axtardığı Azərbaycan vətəndaşını ölkəyə daxil olarkən həbs edib.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, 1970-ci ildə anadan olmuş Əziz M. Adlı Azərbaycan vətəndaşını İnterpolun Paris bürosu axtarırdı.

O, Fransa cinayət məcəlləsinin bir neçə maddəsi, o cümlədən ehtiyatsızlıqdan ölümə səbəb olma, gəmi kapitanının qaçmasına şərait yaratma və dara düşənlərə kömək etməkdən imtinada ittiham olunur.

Əziz M. 2014-cü ildə beynəlxalq axtarışa verilib.

Hazırda onun ekstradisiyası üçün prosedurlar yerinə yetirilir.