Fransa parlamenti qərar verdi, Türkiyə səfirini geri çağırdı

fransa-parlamenti-qerar-verdi-turkiye-sefirini-geri-cagirdi
Oxunma sayı: 660

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsi artıq qəbul edilib.

Artıq Fransada “soyqırım”a “yox” deyənlər həbsə girəcək. Qanuna görə, “soyqırımı” inkar edənlərə bir il həbs veriləcək və 45 min avro cərimə ediləcək. Qanun layihəsi 38 millət vəkilinin lehinə səsveməsi ilə qəbul edilib.

Kritik müzakirələr 577 millət vəkilindən 41-nin iştirakı ilə başlayıb.

Parlamentdə çıxış edən nazir Patrik Ollier təklif olunan layihəyə qarşı çıxmayıb və səsvermənin nəticələrini millət vəkillərinin öhdəsinə buraxdığını deyib.

Xatırladaq ki, layihəyə görə, qondarma “erməni soyqırımı”nı inkar edən şəxsləri cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur. Fransa qondarma “erməni soyqırımı”nı 2001-ci ildə tanıyıb.

***
18:25
Fransa parlamentində qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsindən sonra, Türkiyə Parisdəki səfiri Tahsin Burcuoğlunu geri çağırıb. Səfir sabah Türkiyəyə dönəcək. Səfirliyin sözçüsü Almaniyanın "Dpa" xəbər agentliyinə bildirib ki, Burcuoğlu sabah müddətsi olaraq Türkiyəyə qayıdacaq.

Tahsin Burcuoğlu bu axşam Ankaranın bundan sonrakı mövqeyi ilə bağlı açıqlama da verəcək. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın da Fransaya qarşı atılacaq addımları açıqlaması gözlənilir.

***

Ermənistan isə Fransa parlamentində qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə bağlı olaraq Fransaya təşəkkür edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "France Press"ə açıqlamasında ölkəsinin duyduğu minnətdarlığı ifadə edib.

"Bir daha Fransadakı rəsmilərə, parlamentə və fransız xalqına minnətdarlığımı ifadə etmək istəyirəm", deyə o bildirib.