Fəhlə torpaq altında qaldı - Lerikdə uçqun

fehle-torpaq-altinda-qaldi
Oxunma sayı: 2976

Lerik şəhərində su və kanalizasiya xətlərində təmir işləri zamanı torpaq uçqunu baş verib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər fəhlə torpaq altında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.