Faiq Ağayev də Nardaran hadisələrindən danışdı

faiq-agayev-de-nardaran-hadiselerinden-danisdi
Oxunma sayı: 4680

Xalq artisti Faiq Ağayev "VI THE FIRST" mükafatlandırma mərasiminə qatılıb.

"Qafqazinfo"nun məlumatına görə, mükafat almaq üçün səhnəyə çıxan xalq artisti “Biri varmış, biri yoxmuş mahnısını ifa edib.

“Ölkədə baş verən (Nardaranda baş verənləri nəzərdə tutur) hadisələrə görə çox üzgünəm, içimdən mahnı oxumaq gəlmir. İstəmirəm insanlar məni yanlış anlasın. Mən vətənimi sevən, baş verənlərə biganə qala bilməyən vətəndaşam. Bu mərasimə dəvət olunmuşam, hörmət əlaməti olaraq burada iştirak etməyi özümə borc bildim. Xalqımızı birlik olmağa səsləyirəm”-, deyən Ağayev “Azərbaycan” mahnısını ifa edib.

Xalq artistinin ifası alqışlarla qarşılanıb.

Qeyd edək ki, tədbirin təşkilatçısı Xəyal Rzadır.

Könül
Fotolar: Nuran Məmmədov