Erməni hərbçilərinin meyitlərinin saxlanması xəbərinə - Rəsmi münasibət

ermeni-herbcilerinin-meyitlerinin-saxlanmasi-xeberine-
Oxunma sayı: 3051

Azərbaycanda fəaliyyət göstərən bir sıra informasiya agentliklərindən daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, hazırda respublikamızda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir.

Qafqazinfo”nun məlumatına görə, Komissiya qeyd edir ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına daim hörmətlə yanaşır və atəşkəsin pozulması nəticəsində həlak olmuş insanların meyitlərinin qısa müddət ərzində repatriasiya edilməsinin tərəfdarıdır.