Ərdoğan od püskürdü – Fransa ilə bütün əlaqələr donduruldu

erdogan-od-puskurdu-fransa-ile-butun-elaqeler-donduruldu
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin bu gün qəbul etdiyi qərarı dəyərləndirərkən deyib. Ərdoğan bunun İnsan hüquqlarına zidd bir qərar olduğunu vurğulayıb: “1979-cu ildə Parisdə mərhum Yılmaz Çolpanın terror hücumu ilə eyni gündə olması ayrıca mənalıdır. 577 deputatdan ibarət olan Məclisdə onların 10-da birinin belə iştirakı olmadan bu qərarın təsdiqlənməsi maraqlıdır. Türkiyə-Fransa əlaqələri bu anda fərqli bir məcraya daxil oldu. Bunu çox açıq deyirəm. Bu səsvermə Türkiyədən çox Fransaya, fransız xalqına çox böyük haqsızlıqdır.

İndi soruşuruq: Fransada fikir və söz azadlığı varmı? Cavabını da mən verirəm: Yox. Bu azad müzakirə mühitini ortadan qaldırmışdır. Çox təəssüf ki Fransız inqilabının simvolları olaraq bilinən bərabərlik, azadlıq, Fransız parlamenti tərəfindən ayaqlar altına alınmışdır. Çox daha əhəmiyyətli bir ölçüsünü dilə gətirmək istəyirəm. Bu səsvermədə prezident seçkiləri əvvəlində irqçilik, ayrı-seçkilik və xarici düşmənliyi üzərində siyasət etmə vardır. Fransada sırf fərdi ehtiras və seçki qazanmaq uğrunda, Türkiyə düşmənliyi, İslamafobia üzərindən mükafat əldə etmə səyi vardır. Son dərəcə qəsdli alınan bu qərara Türkiyə olaraq səssiz qalmağımız haqqında danışılan deyil.

Fransa xalqının həqiqətləri öyrənməsi, məlumatlandırma səylərimizi ən geniş sahədə davam etdirəcəyik. Bu günə qədər unutturulmak istənilən soyqırımları bütün dünyaya izah edəcəyik. Bu ayrı-seçkilik rəftarı izah edəcəyik. Bizim tariximizdə belə bir soyqırım yoxdur. Bunu qəbul etmirik. Ölkəmizdə 100 min ətrafında erməni yaşamaqdadır.

Fransa ilə olan əlaqələrimizi nəzərdən keçiririk. Hal-hazırda məsləhətləşmələr üçün Parisdəfi səfirimizi Ankaraya çağırırıq. İkitərəfli səviyyədə həyata keçirilən bütün fəaliyyətləri ləğv edirik. AB üzrə uyğunlaşdırma layihələrində əməkdaşlığa getməyəcəyik. Hər cür siyasi məşvərəti dayandırırıq. Hərbi uçuşlar üçün illik topdan verilən icazə tətbiqini qaldırır, tək-tək icazə tətbiqinə keçirik. Hərbi gəmilərin liman başvurularnı bu gündən etibarən ləğv edirik. Vurğulayaraq deyirəm bu ilk etapdır. Heç bir tərəddüdə məruz qalmadan qətiyyətlə tətbiq edilir. Hadisələrin seyrinə görə yeni tədbirlər də gündəmə gələcəkdir.

Biz tariximizlə qürur duyuruq. Bizi çətinliyə salacaq bir tariximiz yoxdur. Hər cür hadisə ilə üzləşirik. Biz bütün arxivlərimizi də açdıq. Tarix parlamentlərdə yazılmaz. Oylamalarla ancaq çarpıtılır. Tarixi çarpıtanları, tarix də xalqlarda bağışlamayacaq”.