Ərdoğan Minsk Qrupunu tənqid etdi

erdogan-minsk-qrupunu-tenqid-etdi
Oxunma sayı: 652


Minsk qrupunun bu günə qədər münaqişənin öhdəsindən gələ bilmədiyini qeyd edən Türkiyə hökumət başçısı bildirib ki, məsələ ilə əlaqədar artıq Azərbaycan və Ermənistan bu qərarı müsbət istiqamətdə verəcəkləri təqdirdə münaqişə həllini tapa bilər:

“Əks təqdirdə mən bu məsələnin həllini görmürəm. Çünki təxminən 20 ildir Minsk qrupu fəaliyyət göstərir, ortada bir nəticə varmı? Yoxdur. 20 ildir bu məsələni həll edə bilməyən qrupun indi nəyi həll edəcəyi məni çox maraqlandırır”.