Ərdoğan Fətulla Gülənə nifrət edir

erdogan-fetulla-gulene-nifret-edir
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, “Stratfor”un Türkiyə üzrə mütəxəssisləri olan Reva Bhalla və Emre Doğrunun Gülən camaatı ilə bağlı əsas mənbədən məlumatlar əldə etmək üçün 2010-cu ilin əvvəllərində “Gülənçi Hürriyyət köşə yazarı” olaraq adlandırılan şəxslə görüşüblər. Köşə yazarı AKP – Gülən münasibətləri ilə bağlı bəzi açıqlamalar verib: “Gülən ilk dəfə rəsmi olaraq bir siyasi partiyanı dəstəkləyir. Ancaq Ərdoğan onu sevmir (ya da nifrət edir). Bütün münasibətləri qarşılıqlı mənfəət üzərində qurulub. Gülənin güclü bir siyasi partiyaya ehtiyacı var, AKP-nin isə geniş bir siyasi dəstəyə”.

Gülən tərəfdarı köşə yazarı Ergenekon məsələsində ikili arasında böyük mübahisələrin yarandığını deyib. O, qeyd edib ki, elə bir hədd olub ki, Ərdoğan hər şeyin məhv olacağını düşünərək geri addım atmaq istəyib, lakin Gülən işi genişləndirmək məsələsində israrlı davranıb.

Səidə