Əliyev Xorvatiya prezidentini qarşıladı

eliyev-xorvatiya-prezidentini-qarsiladi
Oxunma sayı: 3593

Azərbaycana rəsmi səfərə gələn Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib. 

Prezident İlham Əliyev Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi qarşılayıb. 

Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səslənib. 

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib. 

Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək görüşü olub.