Eldar Əzizov Nyu-Yorkda - Fotolar

eldar-ezizov-nyu-yorkda-
Oxunma sayı: 3440

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adams ilə görüşüb.

Qafqazinfo” xəbər verir ki, görüşdə 2014-cü ildən qardaşlaşmış rayonlar olan Səbail və Bruklin arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, bu məqsədlə birgə atılacaq addımlar müzakirə olunub.

Bruklin inzibati rayonunun prezidenti Erik Adams cari ilin sentyabrında Bakıda səfərdə olduğunu xatırladıb. E.Adams universitet tələbələri və yuxarı sinif şagirdləri üçün müxtəlif mövzularda birgə proqramların təşkil olunmasını təklif edərək belə mövzulardan biri kimi qaçqın mövzusunun ola biləcəyini deyib. E.Adams Bruklindəki küçələrin birinə Bakının adının verilməsi təşəbbüsünü irəli sürdüyünü bildirib.

Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu diqqətə çardırıb, ABŞ-dakı erməni diasporu tərəfindən amerikalılara bu münaqişənin qeyri-düzgün çatdırıb. O, qeyd etmişdir ki, iki rayon arasında birgə layihələrin həyata keçirilməsi ilə amerikalı tələbələr Azərbaycan haqqında daha çox informasiya əldə edə bilərlər. Keçirilən tədbirlər isə ölkəmizin tarixi və mədəniyyəti barədə daha geniş məmumat çatdırar.

Eldar Əzizov, eyni zamanda, mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq potensiallarının mövcudluğunu da qeyd edib.

Daha sonra Azərbaycan nümayəndə heyəti Bruklində fəaliyyət göstərən “My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinə baş çəkib. Burada Mərkəzin rəhbəri Alyona Bədəlova və heykəltəraş Emin Quliyev tərəfindən mərkəzin fəaliyyəti barədə məlumat verilib. Qısa proqram, mərkəzin tələbələri olan uşaq və gənclərin rəsm işləri nümayiş etdirilib.