Eks-baş həkimin oğluna hökm oxundu - Hakim oğlunun ölümünə görə

eks-bas-hekimin-ogluna-hokm-oxundu-
Oxunma sayı: 4156

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə R.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə mayın 11-də saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Belə ki, Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib.

19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. Onu da əlavə edək ki, Rüfətin atası Elbəy Allahverdiyev daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Bakı Hərbi Məhkəməsinin hakimidir.

R.Kərimovun atası Yüzasif Kərimov Mərkəzi Klinik Xəstəxananın baş həkimi olub. Hadisədən sonra vəzifəsindən çıxarılıb.

Murad Əhməd