“Düz olan biz, hörmət qazanan “Qarabağ”” - Elvin Əsgərov

duz-olan-biz-hormet-qazanan-qarabag
Oxunma sayı: 2444

Topaz Premyer Liqasının 7-ci turunda ən yadda qalan məqam “İnter” – “Qarabağ” oyununda baş hakim Elvin Əsgərovun qonaqların lehinə təyin etdiyi penalti epizodu olub.

“Qafqazinfo” xəbər verir ki, referinin meydan sahiblərinin qapısına verdiyi 11 metrlik cərimə zərbəsinin yanlış qərar olduğunu düşünən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Elvin Məmmədova topu kənara vurmağı tapşırıb. 

Qurbanovun bu hərəkəti əksəriyyət tərəfindən alqışlarla qarşılanıb. Lakin həmin oyunun fit sahibi Elvin Əsgərov bu məsələ haqqında sosial şəbəkədə fikirlərini bölüşüb:

Əsgərovun şərhlərini təqdim edirik: "Penalti var. Burda "Fair-Play"in yeri yoxdu. Bu hərəkət hakimə qarşı hörmətsizlikdi. Diqqətlə baxsan, qapıçı topa toxunduqdan sonra bilərəkdən ayağını qaldırır və hücumçunu dizindən vurur. Söz-söhbəti üzərindən belə götürmürlər. Düz olan biz, penaltini vurmayıb hörmət qazanan onlar".