Deputat seçilmək üçün yaş 18-ə endirilir

deputat-secilmek-ucun-yas-18-e-endirilir
Oxunma sayı: 3275

Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsinin ilkin nəticələrinə əsasən demək olar ki, artıq Azərbaycanda 25 yaşı tamam olmayan şəxslər də deputat seçilə biləcəklər.

Qafqazinfo”nun məlumatına görə, referendumla təklif edilmiş “85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin” təşəbbüsünə seçicilərin 88,3 faizi “hə” deyib.

Xatırladaq ki, Azərbaycanda 18 yaşı tamam olmuş vətəndaşlar seçkilərdə iştirak etmək hüququna malikdirlər.