Deputat qəzada öldü - Ukraynada +Fotolar

deputat-qezada-oldu
Oxunma sayı: 1723

Ukraynanın Dnepropetrovsk əyalətində baş verən ağır yol qəzası nəticəsində deputat Serqey Lyaşenko dünyasını dəyişib.

Qafqazinfo” xəbər verir ki, bu barədə  “112 Ukrayna” telekanalı məlumat yayıb.

Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. “Mazda” markalı avtomobil hasara çırpılıb. Hadisə zamanı millət vəkili Sergey Lyaşenko ölüb. Sürücü isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Polis qəza ilə əlaqədar cinayət iş açıb.