Axtarış-xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, tapılan meyitin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir.
Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
.