Dağılan evlərin siyahısı hazırlandı

dagilan-evlerin-siyahisi-hazirlandi
Oxunma sayı: 802

“Arabir atəş səsləri eşidilsə də, təmas xəttində vəziyyət tam nəzarət altındadır”.

Bu sözləri “Qafqazinfo”ya Füzuli rayon İcra aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qənimət Əliyev rayondakı vəziyyəti şərh edən zaman deyib. O, bildirib ki, əhalinin əhval-ruhiyyəsi yüksəkdir: “Hazırda əkin-biçin işləri qızğın olan bir vaxtdır. Bu səbəbdən də hər kəs öz işi ilə məşğuldur. Tarlalarda çuğundur, pambıq əkimi var. Həftə daxilində sakinlər barama da götürəcək”.

Q. Əliyev onu da bildirib ki, düşmənin təxribatı nəticəsində dağılan evlərin hamısının şəkilləri çəkilib, siyahı tutularaq komissiyaya təqdim olunub.

Günel Hacı