Çox sevir, amma əlini tutmur...

cox-sevir-amma-elini-tutmur
Oxunma sayı: 3353

İngiltərə kral ailəsinin ən sevimli üzvlərindən olan şahzadə Uilyamla xanımı Keyt Midlton ictimaiyyət arasında əl-ələ tutmadıqlarına görə müzakirələrə səbəb olublar.

Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, iki uşaqları olan cütlüyün göz-gözə gələrkən belə bir-birini nə qədər sevdikləri bəlli olur, lakin şahzadə ailəsi rəsmi görüşlər də daxil olmaqla şəxsi həyatlarında nadir hallar istisna olmaqla jurnalistlətin obyektivinə tuş gəldikləri zaman onları əl-ələ tutarkən görən olmayıb.

Etiket qaydaları üzrə mütəxəssislər Uilyamla Keytin xalq arasında niyə əl-ələ tutmaqdıqlarına müxtəlif nəzəriyyələr cəhətdən yanaşaraq bildiriblər ki, cütlük rəsmi vəzifələrinin kölgədə qalmamağı üçün, yəni işlərindən çox şəxsi həyatları ilə gündəmə düşməmək üçün bu addımı atırlar.

Qeyd olunur ki, şahzadə ilə yoldaşı toy günləri daxil olmaqla ümumilikdə 3-4 dəfə əl-ələ görüntüləniblər. Cütlük 2012-ci ildə keçirilən Olimpiya Oyunları çərçivəsində ingilis velosiped komandasının qələbəsi zaman bir-birini qucaqlayarkən kameralara yaxalanıblar.