Civə dağıldı - Aeroport boşaldıldı

cive-dagildi-
Oxunma sayı: 2732

Qazaxıstanda ölkəyə civə keçirməyə cəhd göstərən şəxs 6 il azadlıqdan məhrum edilib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bu barədə Almatı məhkəməsi məlumat yayıb.

Məlumata görə, Almatı-Tbilisi reysi ilə ölkəyə gələn şəxsin üzərinə hava limanında baxış zamanı 1,9 kiloqram civə tapılıb.

Dəlildən yaxa qurtarmaq istəyən şəxs civəni zibil qutusuna tökməyə çalışıb, amma bu zaman kimyəvi maddəni döşəməyə dağıdıb.

Hadisə insanların təcili evakuasiyasına və aeroportun işinin bir saat yarım dayanmasına səbəb olub. Nəticədə 6 reys ləngiyib.

Məhkəmə həmin şəxsə 6 il cəza kəsib.