Cəlilabadda ağır qəza - Ölən və yaralanan var

celilabadda-agir-qeza
Oxunma sayı: 2481

Cəlilabadda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı "VAZ-2106” markalı minik avtomaşını ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Hələlik ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.