Cahangir Hacıyev şikayət verdi

cahangir-haciyev-sikayet-verdi
Oxunma sayı: 2009

Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

QafqazinfoBizimyol.info-ya istinadən xəbər verir ki, vəkili Fəxrəddin Mehdiyevin sözlərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunan şikayətdə C.Hacıyevə bəraət verilməsi istənilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C. Hacıyev 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə bildirilir ki, Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka, 7 milyon manat tutularaq isə “Aqrokredit” QSC-yə verilsin.