“Bura samuray yox, qladiator da gətirsəniz…” - AZAL-ın baş məşqçisi

bura-samuray-yox-qladiator-da-getirseniz
Oxunma sayı: 1531

AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Neftçi" komandasına 0:1 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.

"Qafqazinfo" xәbәr verir ki, 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Birinci hissədən razı qalmadım. Amma son 20 dəqiqədə rəqibi təzyiq altında saxladıq. Heyf, erkən qol həlledici oldu. Ümumilikdə yaxşı oynadıq. Sadəcə, son ötürmələr dəqiq olmur. Bundan sonra nəyisə dəyişmək deməyək, yeni gələn futbolçularla daha yaxşı çıxış etmək olar. Samir Məsimovun oyunundan razı qaldım. Mehdi də soyuqqanlı futbolçudur.

- Vaqif Cavadovdan razı qaldınız?
- Vaqif ideal formasından çox uzaqdır. O, 30-40 faiz hazırdır. Onun təcrübəsi bizə kömək olacaq.

- Döyüşmək deyirsiniz, AZAL-ın üzvləri samuraydı, yoxsa futbolçu?
- Oyunçulara dedim ki, artıq mənə futbol yox, 3 xal verin. Potensial cəhətdən ötən mövsümlə müqayisədə daha yaxşı heyət var. Amma nəticə qazana bilmirik. Bunun da çox səbəbləri var. Çox şeyi açıqlamaq istəmirəm. Biz ilk turda zərbə aldıq. İndi futbolçular qorxa-qorxa oynayır, hakimə nəsə deməyə çəkinirlər. Tounkaraya baxın. Zərbə alan futbolçu sonra qorxur. Biz büdcədə hamıdan geri qalırıq. Bura samuray yox, qladiator da gətirsəniz, çətin məsələdir.

Neftçi" klubunun baş məşqçisi Elxan Abdullayev də matçla bağlı fikirlərini bildirib. "Qafqazinfo" xәbәr verir ki, 47 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında bunları söyləyib: "Oyunun ağır keçəcəyini bilirdik. Amma biz 3 xal üçün gəlmişdik, onu da qazandıq. AZAL komandasına da uğurlar arzulayıram".

Elsevər