“Bu vəzifədə hamı Mehriban Əliyevanı görürdü”

bu-vezifede-hami-mehriban-eliyevani-gorurdu
Oxunma sayı: 2460

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsinə qısa münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, bu barədə N.Məmmədov tvitter hesabında yazıb:

“Ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz hamı Mehriban xanım Əliyevanı görürdü. Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq”.