Bu səhər də intihar xəbəri ilə açıldı...

bu-seher-de-intihar-xeberi-ile-acildi
Oxunma sayı: 2684

Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Qafqazinfo” xəbər verir ki, Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə fevralın 15-də rayonun Yuxarı Qiyaməddinli kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.