Bu kənddə cin var? - Video

bu-kendde-cin-var-
Oxunma sayı: 3838

Bir neçə gün öncə də məlumat verdiyimiz kimi Ağdaş rayonunun Qoşaqovaq kəndinin sakinləri təlaş içərisindədirlər.

QafqazinfoRegion TV-yə istinadən xəbər verir ki, 260-dan artıq ailənin yaşadığı kəndin sakini Cavanşir Əyyubov deyir ki, naməlum varlıq heç bir ziyanlıq etməsə də sakinləri qorxudur. “Gecə səhərə qədər yatmırıq. Evdə ailə-uşaq qorxur. Bir aydır ki, yuxu yatmırıq. Səhərə qədər nəzarətdə dururuq. Hər gün də bu cür davam edir. Gecə saat 3-ə qədər bu cürdür. Hər kəs əlində yaba yatmır” deyə Ağdaşın Qoşaqovaq kənd sakini Cavanşir Əyyubov bildirib.

Kənd sakinlərini narahat edən əsas məqam həmin naməlum canlını görsələr onu tutmaqda çətinlik çəkmələridir. Gecə saatlarında bu kənddə yaşayan əksər insanların əlində fənər görmək olar. “O deyir ki, burdan keçdi. Bu deyir ki, ordan keçdi. Heç cür tutmaq olmur. Bu insandır. Bir əllində işıq, ağzında siqaret, əlində telefonu… Qonşu kənnddə də bir neçə gün öncə olub. 10-15 gün də orda gəziblər və deyiblər ki, qorxusuz insandır” deyə Qoşaqovaq kənd sakini Xəyyam Yediyarov vurğulayıb.

Sakinlər gecə saatlarında peyda olan insanabənzər canlının gələcəkdə kənddə oğuruluq edəcəyindən narahatdırlar. Onlar deyirlər ki, bütün gecəni yuxusuz qalmaları gündüz vaxtı təsərrüfatlarında rahat şəkildə işləmələrinə də mənfi təsirini göstərir. İndi kənd sakinləri həmin naməlum varlığın əsl simasının üzə çıxacağı günü səbirsizliklə gözləyirlər.