Bu gün Azərbaycanda “sükut günü”dür

bu-gun-azerbaycanda-sukut-gunudur
Oxunma sayı: 2121

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş referendumla əlaqədar bu gün - sentyabrın 25-i Azərbaycanda “sükut günü”dür.

Qafqazinfo” xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün təşviqat aparmaq qadağan edilir.

Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, referendumqabağı təşviqat sentyabrın 3-də başlayıb, sentyabrın 25-i saat 08:00-da başa çatıb.