Bu dayanacaqda dayanmaq olarmı? - Fotolar

bu-dayanacaqda-dayanmaq-olarmi
Oxunma sayı: 1965

20 yanvar dairəsindən “Şamaxinka” deyilən əraziyə qalxan yolun üstündəki dayanacaq aşmış vəziyyətdədir.

Qafqazinfo” xəbər verir ki, dayanacağın görüntülərini operator Elşad Mətləboğlu sosial şəbəkədə paylaşıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Qafqazinfo"ya bildirilib ki, sosial şəbəkə istifadəçiləri tərəfindən fotoşəkilləri paylaşılan və 20 yanvar dairəsi yaxınlığında qəzalı vəziyyətə düşən dayanacaq pavilyonu Bakı Nəqliyyat Agentliyinin balansında olmadığından, onun təmiri və ya yenisi ilə əvəz edilməsi də Agentliyin səlahiyyətinə aid deyil. Lakin Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı dayanacaq pavilyonunun aid olduğu müvafiq dövlət qurumunu məlumatlanıdırıb. Yaxın vaxtlarda bu qəzanın nəticələri də müvafiq dövlət qurumu tərəfindən aradan qaldırılacaq.

Bundan əlavə qeyd edirik ki, ötən gün paytaxtda müşahidə edilən güclü külək nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə də ziyan dəyib. Küləkli hava şəraiti səbəbindən həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb. Artıq Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacağın, eləcə də qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır.

Günel Türksoy