“Bir şey məni əzə bilməz” – Video

bir-sey-meni-eze-bilmez-video
Oxunma sayı: 682

“Qafqazinfo”nun məlumatına görə, parlamentdə çıxışında üzərində həbs olan deputatlar məsələsinə toxunan Ərdoğan vaxtı ilə onun da həbs edildiyini və siyasi fəaliyyətinə qadağa qoyulduğunu, ancaq bunun hansısa cinayətə görə yox, oxuduğu şeirə görə baş verdiyini deyib. Daha sonra həmin şeiri oxuyub.

“Minarələr süngü, qübbələr dəbilqə;
məscidlər qışlamız, möminlər əsgər
Bir şey məni əzə bilməz;
Göylər, yerlər açılsa,
üzərimizə tufanlar, yanardağlar saçılsa;
Biz oyuq ki; imanıyla öyündüyümüz əcdadımız,
titrədici şeylərə heç bir gün diz çökməmiş;
zəfərlərin sənədi, Anadolunun sənədi.
Malazgirtdən ta Çanaqqalaya
imanın keçilməz qalasına qədər
əcdadımızı zəfərdən zəfərə aparan bu birlikdi,
bu bərabərlikdi”.

Ərdoğan Türkiyənin Siirt vilayətində mitinqdə Ziya Göyalpın məlum şeirini oxuyub. Məhz bundan sonra şeirdə siyasi İslama çağırış olmasını əsas gətirən Türkiyə məhkəməsi onun barəsində 10 aylıq həbs qərarı və siyasi fəaliyyətinə qadağa hökmü vermişdi.


musavat.com

erd.flv