Bir dairədə 67.2 faiz fəallıq...

bir-dairede-672-faiz-fealliq
Oxunma sayı: 874

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsvermədə (referendum) ilə bağlı ölkə üzrə saat 15- 00-a olan seçici ölkədə fəal və passiv bölgələrin yeri açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, ən aktiv seçki dairəsi 14 Saylı Xəzər Seçki Dairəsidir ki, burada 49374 seçicidən 33198-i artıq səs verib. Bu isə qeyd olunan dairədə 67.2 faiz seçici fəallığı deməkdir.

Ən passiv seçki dairəsi isə yenə 17 Saylı Yasamal Üçüncü Seçki Dairəsidir. Burada 42122 seçicidən yalnız 15181-i səs verib. Beləliklə bu dairədə 36.4 faiz seçici fəallığı qeydə alınıb.