Beynəlxalq Bankda daha bir təyinat

beynelxalq-bankda-daha-bir-teyinat
Oxunma sayı: 3989

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi olan "ABB-Moskva"nın Müşahidə Şurasına yeni sədr təyin olunub.

"Qafqazinfo" "APA"ya istinadən xəbər verir ki, bu vəzifəyə Zaur Qaraisayev təyin olunub. Bu təyinatadək Z. Qaraisayev "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini olub. "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alandan sonra bu vəzifəni müvəqqəti olaraq Z. Qaraisayev icra edirdi.

Z. Qaraisayev yeni vəzifəsində Elmir Həbibullayevi əvəzləyib. E. Həbibullayev hazırda ABB-nin İdarə Heyəti sədrinin müavinidir.