Bakıda yanan körpə 4 ay sonra vəfat etdi

bakida-yanan-korpe-4-ay-sonra-vefat-etdi
Oxunma sayı: 1445

Bakıda 4 ay əvvəl yanıq xəsarəti almış körpə xəstəxanada vəfat edib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində 2015-ci il təvəllüdlü Ömər Quliyevin üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb. Hadisə bu il mayın 20-də baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş körpə sentyabrın 24-də dünyasını dəyişib.